q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Dünya bazarında ən ucuz metal bəlli oldu

CƏMİYYƏT

04 May 2026 | 09:05

Dünya bazarında ən ucuz metal bəlli oldu

"Qurğuşun dünya bazarlarında alınıb-satılan ən ucuz metal hesab olunur, onun bir tonunun dəyəri 2 000 dollara çatmır".

Bakıvaxtı.az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Antonina Levaşşenko məlumat verib.

"Dünya bazarlarında satılan ən ucuz metal qurğuşun sayılır. Onun qiyməti bir ton üçün 1.8 min dollarla 1.99 min dollar arasında dəyişir", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, qiymətlərin ucuzlaşması əsas istehlak sektorlarında, xüsusilə akkumulyator batareyalarının istehsalı və avtomobil sənayesində tələbatın azalması ilə bağlıdır. Hazırda bu sahələrdə qurğuşun aktiv şəkildə nikel və litiumla əvəz olunur.

Levaşşenko qeyd edib ki, qurğuşun, həmçinin binaların mühafizəsi, tibbi avadanlıqların (o cümlədən rentgen aparatlarının) hazırlanması və boya istehsalında istifadə olunur.

Metal, əsasən, qurğuşun-sink və polimetal filizlərinin hasilatı zamanı alınan konsentratlardan əldə edilir. Xammalın əsas dünya istehsalçısı 42.3%-lik payla Çin olaraq qalır.

ABŞ Geoloji Xidmətinin hesabatına əsasən, 2026-cı ilin əvvəlinə olan məlumata görə, dünyanın qurğuşun ehtiyatları iki milyard tondan çox qiymətləndirilir. Ən iri yataqlar Rusiya, Çin və Avstraliyada cəmləşib.


SON XƏBƏRLƏR

03 May 2026