ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İran tərəfi ilə danışıqların ikinci mərhələsi üçün Pakistanın paytaxtı İslamabada planlaşdırılan səfərinin ləğv edilməsi qərarının səbəbi kimi İran rəhbərliyindəki “daxili çəkişmələr və qarışıqlığı” göstərib.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Mən nümayəndələrimin iranlılarla görüşmək üçün İslamabada səfərini ləğv etdim. Bu səfər çox vaxt və iş tələb edirdi. Üstəlik, onların rəhbərliyində ciddi daxili çəkişmələr var. Kim məsuldur, heç kim bilmir. Bütün kartlar bizdədir, onların isə heç biri yoxdur. Danışmaq istəyirlərsə, sadəcə zəng etməlidirlər”.
Qeyd edək ki, o, daha əvvəl səfərin elan olunduğu gün “Reuters”ə açıqlamasında “hazırda məsul şəxslərlə işlədiklərini” bildirmişdi.
Bununla belə, Tramp bir gün əvvəl Oval Ofisdə jurnalistlərə açıqlamasında ABŞ-nin İran rəhbərliyinin kim olduğunu müəyyən etməyin çətin olduğunu söyləmişdi.
Bakı 




