q
  • Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

İDMAN

25 Aprel 2026 | 17:08

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışı keçir.

Bakıvaxtı.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ruy Jorje jurnalistlərlə görüşdə toplanışı dəyərləndirib:

- Toplanış necə keçir?

- Keyfiyyətli məşqlər keçmişik. Oyunçulardan istədiyimiz geridönüşü ala bilirik. İki həftəlik təlim-məşq toplanışından razıyam.

- Toplanışa yoxlama oyununun salınmamasının səbəbi nədir?

- Oyunçuları daha yaxından tanımaq istəyirdim. İlk yoxlama oyunundan əvvəl hansı səviyyədə olduğumuzu bilmək istəyirdik.

- Milli ilə ilk tanışlığınızdır. Komanda ilə bağlı təəssüratlarınız necədir?

- Futbolçuların yanaşmasından razıyam. Çox istəklidirlər və bizim oyun fəlsəfəmizə uyğun gəlirlər. Görürük ki, öyrənməyə və inkişaf etməyə can atırlar.

- Millidə hansı oyun fəlsəfəsini tətbiq edəcəksiniz?

- Hazırda bunu demək çox çətindir. Sözsüz ki, hamı hücumameylli oynamaq istəyər. Çalışacağıq ki, bu istiqamətdə gedək. Amma bunun üçün keyfiyyət lazımdır. Keyfiyyəti əldə etmək üçün çox məşq etməliyik.

- Qarşıdakı toplanışında yoxlama oyunları nəzərdə tutulub?

- Bəli, olacaq. Çox güman ki, xarici milli komandaya qarşı oynayacağıq.

- Heyəti yığarkən yerli məşqçilərdən fikir almısınız, yoxsa öz seçimlərinizdir?

- Bu yaş kateqoriyasında bundan əvvəl milliyə dəvət olunmuş oyunçulardır. Son oyunları izləmişik.

- Sizdən əvvəl burada tanınmış məşqçilər çalışıb, amma heç biri uğur qazanmayıb. Artıq komanda ilə tanışsınız. Şanslarınızı necə qiymətləndirirsiniz?

- Keçmiş məşqçilər barədə danışmaq düzgün olmazdı. Bura oyunçuların keyfiyyətini artırmaq üçün gəlmişəm. Gələcəyə fokuslanmışam. Bunun üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək. Bu, mənim üçün çox vacibdir. Oyunların nəticəsi məşqlərin məntiqi sonluğu olmalıdır. 2027 FIFA U-20 Dünya Çempionatına ev sahibi kimi qatılacağıq. Sözsüz ki, bizimlə dünya çempionatına vəsiqə qazanacaq komandalar arasında böyük fərq var. Digər iştirakçılarla aramızdakı fərqi azaltmaq üçün işləməliyik.

- Qəbələdə şərait necədir?

- Çox razıyam. Bizim üçün əla şərait yaradılıb. Hara getsən, hər yerdə qonaqpərvər insanlarla rastlaşırsan. Dəstəyə görə hamıya təşəkkür edirəm.


SON XƏBƏRLƏR

24 Aprel 2026