q
  • Bakı 10° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"Sizdə utanmaq yoxdur!” - Azarkeşlər üsyan etdi

İDMAN

25 Aprel 2026 | 15:52

Sizdə utanmaq yoxdur!” - Azarkeşlər üsyan etdi

İspaniya çempionatının son turunda xal itirən Madrid “Real”ında azarkeşlər futbolçulara qarşı sərt təhqirlər səsləndiriblər.

Bakıvaxtı.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, La Liqanın 32-ci turunda “Betis”lə 1:1 hesablı heç-heçə edən “Kral klubu”nun fanatları oyunun sonunda komandanı hədəf alıblar.

Futbolçular meydanı tərk edərkən azarkeşlərdən birinin “Sizdə utanmaq yoxdur, üzünüzü göstərin!” deyə qışqırması və kütlənin etirazı kameralara yansıyıb.

Xatırladaq ki, Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda həmin matçda qələbəni son saniyələrdə əldən verib. Rəqib komanda 90+4-cü dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib. Bu nəticədən sonra “Real” 74 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 8 xal geri qalır, üstəlik kataloniyalıların ehtiyatda bir oyunu da var.

Qeyd edək ki, Arbeloanın yetirmələri növbəti turda – mayın 3-də “Espanyol”la qarşılaşacaqlar


SON XƏBƏRLƏR

24 Aprel 2026