q
  • Bakı 10° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Sahildə ev tikənlərə XƏBƏRDARLIQ - VİDEO

CƏMİYYƏT

25 Aprel 2026 | 20:43

Sahildə ev tikənlərə XƏBƏRDARLIQ - VİDEO

Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur.

Adalet.az-ın məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir.

Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətindən asılıdır: suyun təxminən 80%-i çaylar və yerüstü axınlar, həmçinin yağıntılar və yeraltı sular hesabına formalaşır.

Azalma isə daha çox buxarlanma hesabınadır. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizində suyun artıb-azalması təxminən 200 ildən bir baş verir və son illər azalma daha çox müşahidə olunur. Bunun isə təxminən 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Həmin tarixdən sonra isə prosesin əksini müşahidə edə bilərik.

Əmir Əliyev dənizin sahilində ev və ya hər hansı obyekt inşa edənlərə suyun səviyyəsinin artıb-azalmasını nəzərə almağı məsləhət görür. Çünki həmin tikililər bir müddət sonra su altında qala bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

 

 


SON XƏBƏRLƏR

25 Aprel 2026