• Bakı 18° C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki

CƏMİYYƏT

25 May 2026 | 17:41

Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafiki

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı – Tbilisi – Bakı qatarının hərəkət qrafikini açıqlayıb.

ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.


SON XƏBƏRLƏR