q
  • Bakı 10° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər" - Rusiyalı senator

DÜNYA

26 Aprel 2026 | 00:19

ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər - Rusiyalı senator

Rusiya ABŞ və Ukrayna ilə danışıqların bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi şərti ilə həmin görüşün Azərbaycan ərazisində keçirilməsini mümkün hesab edir.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, RF Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabarovun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti nəzərə alınmaqla, Azərbaycan üçtərəfli danışıqlar üçün məqbul məkandır.

Senator əlavə edib ki, əsas şərt ev sahibi ölkədə danışıqlar prosesinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.

Daha əvvəl, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ ilə Azərbaycan ərazisində danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdi.


SON XƏBƏRLƏR

25 Aprel 2026