• Bakı 19° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Lavrov Rubio ilə müzakirə apardı

DÜNYA

26 May 2026 | 00:04

Lavrov Rubio ilə müzakirə apardı

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-nin Dövlət katibi Mark Rubio arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

“Xarici siyasət idarələrinin rəhbərləri Hörmüz boğazındakı böhranın aradan qaldırılması istiqamətindəki diplomatik təşəbbüslər və Kuba ətrafında yaranmış vəziyyətlə bağlı qarşılıqlı rəy mübadiləsi aparıblar”, – deyə rəsmi açıqlamada bildirilir.

Qeyd edək ki, mayın 21-də ABŞ Dövlət katibi Mark Rubio Vaşinqtonun Kuba ilə münasibətləri dinc yolla tənzimləməyə üstünlük verdiyini, lakin belə bir ssenarinin reallaşma ehtimalının kifayət qədər aşağı olduğunu bəyan etmişdi.

Buna səbəb kimi isə amerikalı baş diplomat Kuba rəhbərliyini respublika ərazisini Vaşinqtonun düşmənləri olan ölkələrin kəşfiyyat xidmətlərinə açmaqda ittiham etməsini göstərib. Rubionun sözlərinə görə, Birləşmiş Ştatlar rəqiblərinin onlardan cəmi 90 mil (145 km) məsafədə hərbi bazalar və ya kəşfiyyat obyektləri yerləşdirməsinə icazə verə bilməz.

Rusiya tərəfi isə öz növbəsində Havanaya tam dəstəyini ifadə edib. Belə ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bundan əvvəlki bəyanatında rəsmi Moskvanın Kubaya humanitar yardımlar da daxil olmaqla hər cür dəstək göstərməyə davam edəcəyini vurğulamışdı.

 


SON XƏBƏRLƏR

25 May 2026