q
  • Bakı 10° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Zaur Kamal efirə qayıdır? - YENİLƏNİB

ŞOU

26 Aprel 2026 | 00:31

Zaur Kamal efirə qayıdır? - YENİLƏNİB

"Zaur Kamalın sizə verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva bildirib. 

"Zaur Kamal ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin".

 

22:39

ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal yenidən efirə qayıdacaq.

Bakıvaxtı.az Manset.az-a istinadən xəbər verir ki, Zaur Kamal mayın 4-də ARB TV-də adı hələlikbəlli olmayan proqramla efirə çıxacaq.

Teleaparıcının “Həmin Zaur” layihəsinin adı dəyişdirilərək, başqa adla təqdim ediləcək.

Zaur Kamal  da məsələ barədə açıqlama verib: “Mayın 4-də efirə qayıdırıq. ARB TV-də yayımlanacaq”..

Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb. Buna səbəb kimi həmin proqramların bayağılığı və etik normalara uyğunsuzluğu göstərilib.


SON XƏBƏRLƏR

25 Aprel 2026