İşğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası artıq ilk uğurlarını göstərməkdədir.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, respublika fənn olimpiadalarının final turunun nəticələrinə əsasən, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Yusif Elnur oğlu İsmayılzadə tarix fənni üzrə gümüş medala layiq görülüb.
Bu nailiyyət işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətə başlamasından sonra əldə edilən ilk olimpiada uğuru kimi xüsusi əhəmiyyət daşıyır və Böyük Qayıdışın təhsil sahəsindəki uğurlu nəticələrinin bariz nümunəsidir.
Bakı 




