• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Əxlaqsız hərəkət edən Türkiyə vətəndaşına ağır cəza verilib

HADİSƏ

12 May 2021 | 13:27

Əxlaqsız hərəkət edən Türkiyə vətəndaşına ağır cəza verilib

Abşeron rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinərək həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakivaxti.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Deveçi Kurtuluş Hasan oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Deveçi Kurtuluş 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur.

Deveçi Kurtuluşa qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026