• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Emin Əmrullayev: "Bakıdan kənarda uşaqların oxu səviyyəsi aşağıdır"

CƏMİYYƏT

08 Sentyabr 2026 | 12:08 | Müəllif: Günəş Mərd

Emin Əmrullayev: "Bakıdan kənarda uşaqların oxu səviyyəsi aşağıdır"

"Ölkədə, xüsusilə Bakıdan kənarda uşaqların oxu səviyyəsi aşağıdır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı çıxışında deyib.

Nazir bildirib ki, oxu savadlılığı istiqamətində İƏİT ortalaması 482 bal təşkil edir. Təqdim olunan cədvələ əsasən, 91 ölkə və regiondan 13-ü əvvəlki qiymətləndirmədə iştirak etməmiş, 19 ölkədə nəticələr yaxşılaşmış, 59 ölkədə isə nəticələr aşağı düşmüşdür. Siyahının sonunda isə Azərbaycan Respublikası 374 balla təmsil olunub.

Onun sözlərinə görə, şagirdlər oxuya bilir, amma oxuyub anlamaq, oxuduqlarını müzakirə etmək, tənqidi oxu və təhlil etmək bacarıqları baxımından ciddi pedaqoji problemlər var.

Nazir qeyd edib ki, bu məsələ yalnız məktəblə deyil, müəllimlərimiz, müəllim hazırlığımız və pedaqoji praktika ilə əlaqədardır, həmçinin sinfə gələn müəllimlər dəyişməlidir.

Emin Əmrullayevin fikrincə, qrammatika sualları verməyə davam etsək, yalnız dil qaydasını öyrənmiş olarıq, lakin bu, oxu bacarıqlarının inkişafına mənfi təsir edir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026