Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda İsveç təmsilçisi Narek Vardanyanla qarşılaşıb.
Rəqibini məğlub edən Rəşid Məmmədəliyev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
















