• Bakı 20° C

    1.58 m/s

Ceyhun Bayramov niderlandlı həmkarı ilə müzakirə apardı

SİYASƏT

08 Mart 2026 | 17:09 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov niderlandlı həmkarı ilə müzakirə apardı

Niderlandın xarici işlər naziri Tom Berendsom Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri X” hesabında paylaşım edib.

    Niderland XİN rəhbəri Naxçıvana edilən son dron hücumlarından sonra Azərbaycana həmrəyliyini ifadə edib və Niderlandın bu hücumu qınadığını qeyd edib.

    Tərəflər eyni zamanda gərginliyin azaldılması və təmkinli davranışın vacibliyini müzakirə ediblər. Bildirilib ki, eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır.

    Telefon danışığı zamanı həmçinin bölgədə qalmış vətəndaşların təhlükəsiz şəkildə geri qaytarılması məsələsi də müzakirə olunub.

    Tərəflər həmçinin regionda qalan və müxtəlif səbəblərlə geri qayıda bilməyən sərnişinlərin təhlükəsiz şəkildə vətənlərinə qaytarılması məsələsini də müzakirə ediblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Oktyabr 2026