• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu paltar 150-300 min dollara HƏRRACA ÇIXARILIR - FOTOLAR

CƏMİYYƏT

11 Sentyabr 2026 | 08:29 | Müəllif: Ayyət Əhməd

Bu paltar 150-300 min dollara HƏRRACA ÇIXARILIR - FOTOLAR

Dünyanın ən məşhur cütlüklərindən biri olan və Britaniya monarxiyasının simvolu hesab edilən bu xəyanət və boşanma bütün dünyada xəbər başlıqlarına çıxıb. Şahzadə Çarlzın xəyanətini açıq şəkildə etiraf etməsindən sonra Şahzadə Diananın geyindiyi məşhur “qisas paltarı” 9 dekabrda Nyu-Yorkdakı “Sotheby's” hərracında satışa çıxarılacaq. Bu barədə hərrac evi açıqlama verib.

Bakıvaxtı.az “actu.fr”ə istinadən xəbər verir ki, “Sotheby's” hərrac evinin verdiyi açıqlamada Kristina Stambolyanın bu qara dekolteli paltarının 150-300 min dollar (129-259 min avro) arasında satılacağı təxmin edilir. Gəlirin bir hissəsi Şotlandiyanın Edinburq Kral Xəstəxanasına yönləndiriləcək. Bu satışdan əvvəl geyim 18-24 sentyabr tarixlərində Londonda, 1-15 oktyabr tarixlərində Honkonqda, 6-11 noyabr tarixlərində Cenevrədə və 2 dekabrdan etibarən Nyu-Yorkda sərgilənəcək.

Mətndə qeyd edilib ki, “Xalq Şahzadəsi” 1994-cü ilin iyun ayında keçirilən xeyriyyə tədbirində Britaniya kral ailəsinin qaydalarını pozaraq bu geyimi geyinib. Həmin vaxt onun ayrı yaşayan əri televiziyada xəyanətini etiraf edib. Bu paltar artıq 1997-ci ilin iyun ayında, Diananın 31 avqustda 36 yaşında Parisdə avtomobil qəzasında ölməsindən bir müddət əvvəl xərçəng və QİÇS xeyriyyə təşkilatları üçün hərraca çıxarılıb.

Aydın


Bu paltar 150-300 min dollara HƏRRACA ÇIXARILIR - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026