q
  • Bakı 11° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Braziliyada təyyarə yaşayış binasına çırpılıb: ölən və yaralananlar var

DÜNYA

05 May 2026 | 00:30

Braziliyada təyyarə yaşayış binasına çırpılıb: ölən və yaralananlar var

Braziliyanın Minas-Jerays ştatının paytaxtı Belo-Orizonti şəhərinin şimal-şərqində yerləşən Silveira rayonunda kiçik bir mühərrikli təyyarə yaşayış binasına çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Təyyarə yerli vaxtla saat 12:16-da eyni ştatın paytaxtında yerləşən Pampulya aeroportundan havaya qalxıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza zamanı təyyarənin göyərtəsində 5 nəfər olub. Pilot və bir sərnişin həyatını itirib, digər 3 nəfər yaralanaraq João XXIII xəstəxanasına yerləşdirilib.

Binada olan heç kim xəsarət almayıb.

Yanğınsöndürmə xidməti tərəfindən binadakı bütün sakinlər təxliyə edilib.


SON XƏBƏRLƏR

04 May 2026