• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ağcabədidə iki avtomobil toqquşub: xəsarət alanlar var - FOTO

HADİSƏ

10 Fevral 2025 | 19:04 | Müəllif: Subhan Mahmudov

Ağcabədidə iki avtomobil toqquşub: xəsarət alanlar var - FOTO

Ağcabədidə iki minik avtomobili toqquşub.

Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunun rayonun Taynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə hər birində iki nəfər olmaqla, dörd nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadı Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Ağcabədidə iki avtomobil toqquşub: xəsarət alanlar var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR