q
  • Bakı 11° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib

İDMAN

30 Aprel 2026 | 01:05

UEFA Çempionlar Liqası: Atletiko Arsenal ilə heç-heçə edib

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Atletiko" Madriddə İngiltərənin "Arsenal" klubu ilə qarşılaşıb.

"Metropolitano" stadionunda baş tutan görüş heç-heçə başa çatıb - 1:1.

Qonaq komandanın oyunçusu Viktor Dyekereş 44-cü dəqiqədə penalti ilə hesabı açıb. İspaniya komandasının cavab qolunu 56-cı dəqiqədə Xulian Alvares vurub.

Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.


SON XƏBƏRLƏR

29 Aprel 2026