q
  • Bakı 10° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

"Qalatasaray"dan səs gətirəcək transfer planı

İDMAN

29 Aprel 2026 | 23:07

Qalatasaraydan səs gətirəcək transfer planı

Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsində Avropanın nəhəng komandalarından birinə çevrilmək üçün iddialı addımlar atmağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, "sarı-qırmızılılar" İngiltərə Premyer Liqasının ulduzları Bernardu Silva və Brunu Fernandeşi heyətinə qatmağı hədəfləyir.

"Fanatik" qəzetinin yaydığı məlumata görə, İstanbul təmsilçisi "Mançester Yunayted"in kapitanı Brunu Fernandeş üçün böyük bir təklif hazırlayır.

Eyni zamanda, "Mançester Siti" ilə müqaviləsi başa çatan Bernardu Silvanın azad agent statusu almasından yararlanmaq istəyən "cim-bom", portuqaliyalı yarımmüdafiəçiyə yüksək məvacibli müqavilə təklif edəcək.


SON XƏBƏRLƏR

29 Aprel 2026