Tehranda minlərlə insanın iştirakı ilə yeni Ali Lider Müctəba Xameneiyə dəstək və İmam Rzanın mövluduna həsr olunmuş izdihamlı yürüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, İmam Hüseyn meydanından başlayan və Azadlıq (Azadi) meydanına qədər uzanan yürüşə on minlərlə şəhər sakini qatılıb.
Əllərində dövlət bayraqları və dini rəmzlər daşıyan nümayişçilər yeni liderə bağlılıq şüarları səsləndiriblər.
Aksiya zamanı ABŞ və İsrail əleyhinə kəskin şüarlar səsləndirilib, ABŞ Prezidenti Donald Trampın karikaturalarının əks olunduğu plakatlar daşınıb. Yürüşün keçirildiyi prospektlərdə İranın hərbi gücünü simvolizə edən raket maketləri nümayiş etdirilib.
Qeyd edək ki, yürüşdə həmçinin İmam Rzanın təvəllüd günü münasibətilə müxtəlif dini ayinlər icra olunub və sakinlərə ziyafət süfrələri açılıb.
Bakı 




