q
  • Bakı 10° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Lukaşenkonun oğulları da sanksiyaya məruz qaldı

DÜNYA

30 Aprel 2026 | 00:27

Lukaşenkonun oğulları da sanksiyaya məruz qaldı

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi saytı məlumat yayıb.

Yayımlanan fərmana əsasən, Viktor Lukaşenko və Dmitri Lukaşenkoya 10 il müddətinə məhdudiyyət qoyulub. Onlar beynəlxalq sanksiyalardan yayınmağa cəhd etməkdə, qeydiyyatdan keçməmiş biznes qurmaqda və Rusiyaya ikili təyinatlı mallar verməkdə ittiham olunurlar.

Məlumata görə, sanksiya siyahısına ümumilikdə 16 Belarus vətəndaşı və 11 hüquqi şəxs daxil edilib.

Bildirilir ki, Belarusa yönəlmiş sanksiyalar Minsk hakimiyyətinin Ukraynaya qarşı mümkün düşmənçilik addımlarının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Avropa İttifaqının 20-ci sanksiya paketi çərçivəsində Belarusa qarşı məhdudiyyətlərin genişləndirildiyini açıqlayıb.


SON XƏBƏRLƏR

29 Aprel 2026