• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Məktəb dövrü sümük sağlamlığı üçün kritik vaxtdır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

09 Sentyabr 2026 | 15:04 | Müəllif: Zeynəb Rzayeva

Məktəb dövrü sümük sağlamlığı üçün kritik vaxtdır - XƏBƏRDARLIQ

“Məktəb yaşında sümük sağlamlığına diqqət yetirmək gələcək problemlərin qarşısını ala bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, dayaq-hərəkət aparatının əsas hissəsini təşkil edən sümüklərin sağlamlığı insan orqanizminin normal inkişafı və fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

İ.Şıxbabayevin sözlərinə görə, məktəb dövrü uşaqların sürətlə böyüyüb inkişaf etdiyi mərhələ olduğundan sümük sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Uşaqlıq və məktəb dövründə sümük sağlamlığının qorunması yetkinlik yaşında yarana biləcək xroniki ağrıların və dayaq-hərəkət aparatı ilə bağlı problemlərin qarşısının alınmasında profilaktik əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.

Zeynəb Rzayeva      


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026