• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tovuzda yola düşən qaya parçaları kəndlərlə əlaqəni kəsdi

HADİSƏ

24 Aprel 2021 | 23:04

Tovuzda yola düşən qaya parçaları kəndlərlə əlaqəni kəsdi

Tovuzda aramsız yağan yağışlar nəticəsində rayonun dağ kəndinə gedən yola qaya və daş parçaları tökülüb. 

Bakıvaxtı.az xəbər verir ki, nəticədə rayonla Böyük Qışlaq və Qaralar kəndini birləşdirən avtomobil yolu bir neçə saat bağlı qalıb. 

Qaralar kənd Bələdiyyə sədri Elşən Yusibov bildirib ki, bir neçə gün bundan qabaq güclü yağış yağması nəticəsində ötən gecə dağdan iri daş və qaya parçaları sözügedən yola düşərək hərəkəti bağlanıb: “Biz hadisədən bu gün xəbər tutmuşuq. Dərhal aidiyyəti qurumlar və kənd sakinləri əraziyə cəlb olunub. Daş və qaya parçaları yoldan təmizlənib. Yolda hərəkət tam bərpa olunub”.  

Bələdiyyə sədri onu da qeyd edib ki, analoji hadisə hər il bu aylarda yağışdan sonra baş verir: “Burda torpaq sürüşməsindən söhbət gedə bilməz. Daş və iri qaya parçalarının tökülməsi yağışla əlaqəlidir”. (Unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026