Rusiyanın Soçi beynəlxalq hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") məlumat yayıb.
Qurumdan bildirilib ki, həyata keçirilən bu addım uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi barədə təfərrüat açıqlanmayıb.
Zeynəb Rzayeva
Bakı 



