• Bakı 28° C

    5.23 m/s

ABŞ-də 16 ildən sonra bir gündə 3 edam

DÜNYA

13 Avqust 2026 | 18:00

ABŞ-də 16 ildən sonra bir gündə 3 edam

ABŞ-də 13 avqustda üç ştatda- Alabama, Oklahoma və Tennesidə ölüm hökmlərinin icrası planlaşdırılır. Bu, 2010-cu ildən bəri üç nəfərin eyni gündə edam edilməsinin ilk halı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, Alabamada Ceremi Uilyams, Oklahomada Karlos Kuesta-Rodriges, Tennesidə isə Entoni Darrell Haynsın ölümcül inyeksiya ilə edam edilməsi nəzərdə tutulur.

Uilyams 5 yaşlı qızın zorlama və qətlində, Kuesta-Rodriges 2003-cü ildə sevgilisinin qətlində, Hayns isə 1985-ci ildə motel əməkdaşının öldürülməsində təqsirli bilinib.

Qeyd edək ki, ABŞ-də sonuncu dəfə üç edam eyni gündə 7 yanvar 2010-cu ildə həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR