Türkiyənin Muğla şəhərində mağazalardan birinin önündən asılmış Türk bayrağını yandıran Ayşe Arslanbaş adlı qadın saxlanılıb.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülər əsasında tutulan şübhəli polislər tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.
Məhkəmənin qərarı ilə o, həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Zeynəb Rzayeva
Bakı 



