Niderlandın Rotterdam portunda baş verən patlayış nəticəsində 1 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Hadisə limanın "Moezelweg" ərazisində baş verib. Ərazi dərhal mühafizə çənbərinə alınıb və faktla bağlı araşdırmalara başlanılıb. Paralel olaraq, həmin zonada fəaliyyət göstərən "Gunvor Energy" neft-qaz şirkəti də profilaktik işlər zamanı insident yaşandığını və xəsarət alanların olduğunu təsdiqləyib.
Partlayışdan öncə limanın müxtəlif hissələrində elektrik kəsintilərinin olduğunu bildirilir. Hüquq-mühafizə orqanları elektrik kəsintisi ilə patlayış arasında əlaqənin olub-olmadığını araşdırır.
Zeynəb Rzayeva
Bakı 



