• Bakı 30° C

    7.03 m/s

12 yaşlı Tapdıq öz maşınında həlak olub... - ŞOK DETALLAR

HADİSƏ

13 Avqust 2026 | 10:52

12 yaşlı Tapdıq öz maşınında həlak olub... - ŞOK DETALLAR

Avqustun 12-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında – azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 12 yaşlı Tapdıq Qəhrəmanovun öldüyü hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, ailənin qonşuları sosial şəbəkədə hadisə zamanı yeniyetmənin “Smart” markalı kiçikölçülü avtomobili özünün idarə etdiyini bildiriblər.

Məlumata görə, bir müddət əvvəl valideynləri Tapdığa həmin avtomobili hədiyyə ediblər. Lakin sürücülük üçün yaşı çatmadığından uşağın yola çıxmasına icazə verilməyib. Hadisə günü isə yeniyetmə atasından xəbərsiz maşını sürərək küçəyə çıxıb və qəza törədib. Nəticədə, o həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026