İsmayıllı rayonu Xanəgah kəndi ərazisində baş verən yol qəzasında yaralananların kimliyi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, yaralılar 66 yaşlı sürücü Malik İsmayılov və 75 yaşlı sərnişin Lətafət Abdullayeva olub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
***
21:16
İsmayıllı rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Qəbələ istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan iki nəfər - Qəbələ rayon sakinləri ağır bədən xəsarəti ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda fakt araşdırılır.
Bakı 



