• Bakı 27° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Heydər Əliyev Sarayının yaxınlığında avtobus yanıb: Xəsarət alan yoxdur - VİDEO + YENİLƏNİB

HADİSƏ

12 Avqust 2026 | 21:46

Heydər Əliyev Sarayının yaxınlığında avtobus yanıb: Xəsarət alan yoxdur - VİDEO + YENİLƏNİB

12.08.2026-cı il tarixində saat 21:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Heydər Əliyev Sarayının yaxınlığından  çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Yanğın söndürülüb, müraciət qeydə alınmayıb.

***

21:18

Heydər Əliyev Sarayının yaxınlığında avtobusun yanması ilə bağlı Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə ünvanladığı sorğuya cavab verilib.

Bakıvaxtı.az xəbər verir ki, FHN-dən bildirilib ki, hadisə ilə əlaqədar Nazirliyin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Hazırda hadisə ilə bağlı müvafiq tədbirlər görülür.

***

21:11

Heydər Əliyev Sarayının yaxınlığında avtobusda yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı avtobusun mühərrik hissəsində başlayan yanğın qısa müddətdə alovlanmaya səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər görülür.

Yanğının başvermə səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat dəqiqləşdirilir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR