Çirkli pulların yuyulmasında təqsirli bilinərək haqqında qiyabi olaraq dörd il azadlıqdan məhrumetmə cəzası çıxarılan azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənovun müdafiə tərəfi məhkəmə qərarından şikayət verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a məhkəmədən bildirilib.
"Məhkəməyə Həsənov barəsində çıxarılmış qiyabi hökmdən apellyasiya şikayəti daxil olub. O, daha sonra Moskva Şəhər Məhkəməsində araşdırılacaq", - deyə agentliyə məlumat verilib.
Birinci instansiya məhkəməsi daha əvvəl Həsənova bir milyon rubl (təxminən 21 000 manat - red.) məbləğində cərimə olunmaqla dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə qərar çıxarmışdı.
Təyin olunmuş cəza qiyabi hesab olunur. Onun müddəti məkumun saxlanıldığı və ya ekstradisiya edildiyi andan hesablanır. Bundan əlavə, məhkəmə Moskvanın Presnya rayonunda yerləşən və dəyəri 46 milyon rubl (942 737 manat - red.) olan qeyri-yaşayış sahəsini müsadirə edib.
Bakı 



