• Bakı 30° C

    7.03 m/s

Omar Artan ilkə imza atdı

İDMAN

13 Avqust 2026 | 11:28

Omar Artan ilkə imza atdı

Somalili Omar Artan UEFA Superkuboku matçını idarə edən ilk qeyri-avropalı referi olub.

Bakıvaxtı.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, afrikalı ədalət təmsilçisi Fransanın PSJ və İngiltərənin "Aston Villa" komandaları arasındakı qarşılaşmanı (2:1) idarə edib.

O, 2025-ci ildə Afrika Futbol Konfederasiyasının (CAF) versiyasına görə qitənin ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, O.Artana iyunda ABŞ-yə girişə icazə verilmədiyi üçün o, DÇ-2026-nı buraxmalı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026