• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?

İDMAN

11 Sentyabr 2026 | 23:20 | Müəllif: Subhan Mahmudov

Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?

Kamerun Futbol Federasiyasının (FECAFOOT) keçmiş rəhbərliyi təşkilatın indiki prezidenti Samuel Eto'Onu Rusiya və Kamerun milli komandaları arasında keçirilən yoldaşlıq oyununa (1:0) görə əldə edilən pul vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham edib.

Bakıvaxtı.az  bu barədə "The Times" nəşrinə istinadən xəbər verir.

Mənbənin verdiyi məlumata görə, "Barselona"nın keçmiş hücumçusu 2023-cü ilin oktyabrında Moskvada baş tutan Rusiya-Kamerun yoldaşlıq oyununun keçirilməsinə görə qonorar qismində şəxsi hesabına 455 056 və 112 514 avro məbləğində iki ödəniş alıb.

Vəsaitlər FECAFOOT üçün nəzərdə tutulsa da, federasiyanın hesabına daxil olmayıb. FECAFOOT rəhbərliyi bir ildən çox əvvəl Eto'Onun əməlləri ilə bağlı FIFA-nın Etika Komitəsinə şikayət edib, lakin araşdırmanın gedişatı barədə məlumat almayıb.

Eto'O futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, "Barselona", "İnter", "Anji", "Çelsi" və digər klublarda çıxış edib./Oxu.Az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026