• Bakı 27° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Hakan Fidan sabah Misirə səfər edəcək

DÜNYA

12 Avqust 2026 | 23:31

Hakan Fidan sabah Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, H. Fidan Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci toplantısında iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

İki ölkənin XİN başçılarının həmsədrliyi ilə təşkil olunacaq toplantıda, 4 fevral 2026-cı il tarixində Qahirədə keçirilmiş Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının nəticələri və Türkiyədə keçirilməsi nəzərdə tutulan üçüncü iclasın hazırlıqları başda olmaqla, ikitərəfli gündəlikdə yer alan məsələlər müzakirə ediləcək.

13 avqustda başlayacaq iki günlük səfər çərçivəsində, həmçinin regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Fidan Liviyada səfərdə olub. Tripoli və Benqazidə baş tutan görüşlərdə Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər, hərbi əməkdaşlıq müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026