• Bakı 28° C

    6.04 m/s

Elman Paşayevin 5 milyonluq maşını hərraca çıxarıldı 

SİYASƏT

13 Avqust 2026 | 13:29

Elman Paşayevin 5 milyonluq maşını hərraca çıxarıldı 

Dələduzluq işi üzrə hazırda həbsdə olan azərbaycanlı keçmiş vəkil Elman Paşayev 5 milyon rubl (təxminən 101 min AZN) dəyərində “Range Rover” markalı avtomobilinin üzərinə qoyulmuş həbsin ləğvinə nail olmağa çalışıb.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, əmlak 2024-cü ilin sentyabrında borcun tutulması çərçivəsində məhkəmə icraçıları tərəfindən müsadirə edilərək xüsusi mühafizə olunan dayanacağa yerləşdirilib. Məlumata görə,  borcun ümumi məbləği 36,5 milyon rubldan (743 min AZN) çoxdur.

Maliyyə iddialarının kökü 2012-ci ilə gedib çıxır. Həmin vaxt Paşayevin müştərisi Nikolay Deryabin hüquqi xidmət göstərilməsi üçün ona pul köçürüb. Lakin iş materiallarına əsasən, vəkil fəaliyyətə başlamayıb və sonradan üzərinə götürdüyü öhdəliklərdən imtina edib. Pulun bir hissəsi geri qaytarılıb, qalan məbləğ isə faiz və cərimə pulu ilə birlikdə 2022-ci ildə Moskva Şəhər Məhkəməsinin qərarı ilə tutulub.

Paşayev şikayətində avtomobilə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çalışaraq Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinin olduğunu və SVO-da (Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdə tutan “xüsusi hərbi əməliyyat”) iştirakı ilə əlaqədar icra icraatının dayandırıldığını əsas gətirib. Lakin məhkəmə bu arqumentləri inandırıcı hesab etməyib.

Nəticədə məhkəmə keçmiş vəkilin tələbini rədd edib və bahalı yolsuzluq avtomobili artıq açıq hərraca çıxarılıb.

Qeyd edək ki, Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026