• Bakı 30° C

    7.03 m/s

BŞİH-in qarşısındakı civəli termometr bərpa edildi - FOTO

CƏMİYYƏT

13 Avqust 2026 | 10:02

BŞİH-in qarşısındakı civəli termometr bərpa edildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa edilib.

Bakıvaxtı.az xatırladır ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.

Termometrin bərpası yalnız nostalji xarakter daşımır. Bu addım Bakının şəhər yaddaşının qorunması, keçmişdən qalan simvolların müasir şəhər mühitinə uyğun şəkildə yaşadılması baxımından da diqqət çəkir.

Dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir. Hazırda Bakıda isti hava şəraitinin hökm sürdüyü bir vaxtda civəli termometrin yenidən əvvəlki yerində quraşdırılması buradan keçən sakinlər tərəfindən rəğbətlə qarşılanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026