Polşa ölkə tarixində ən böyük məlumat sızmalarından birinə məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, həkimlərə və tibb müəssisələrinə xidmət göstərən MyDr şirkətinin sisteminə edilən hücum nəticəsində təxminən 19 milyon insan haqqında məlumatlar oğurlanıb.
Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski bildirib ki, şirkətin sistemindən təxminən 19 milyon qeyd oğurlanıb və verilənlər bazasının ümumi həcmi 2 terabaytdan çoxdur. Orada xəstələr haqqında məxfi məlumatlar, o cümlədən reseptlər, təyin olunmuş dərmanlar, tibbi qeydlər və planlaşdırılmış müayinələr var idi.
Qavkovski qeyd edib ki, hadisənin xarici haker hücumu nəticəsində baş verdiyini göstərən hələlik heç bir dəlil yoxdur. Mümkün səbəblərə insan səhvi, sistem nasazlığı, şirkətin diqqətsizliyi və ya təxribat daxildir.
Bakı 



