Məşhur rus şanson müğənnisi Mixail Qulko vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı 95 yaşında ömrünün son illərini yaşadığı Nyu-Yorkda dünyasını dəyişib. Qulkonun ölüm səbəbi açıqlanmayıb. Dəfn mərasiminin vaxtı və yeri də məlum deyil.
Qeyd edək ki, Mixail Qulkonun "Rusiyanın mavi səması" albomunu, eləcə də "Ağ ağcaqayın", "Kolyma", "Kiçik siqaret kötüyü", "Cənab zabitlər" və digər hit mahnıları var.
Bakı 



