• Bakı 29° C

    6.04 m/s

Naxçıvan DOST-un direktoru vəzifəsini o tutacaq

CƏMİYYƏT

13 Avqust 2026 | 16:29

Naxçıvan DOST-un direktoru vəzifəsini o tutacaq

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.

DOST-dan Bakıvaxtı.az-a verilən məlumata görə, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb.

    Bildirilib ki, əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktoru vəzifəsinin səlahiyyətlərini icra edəcək.

    Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayan Şamil Əliyev 2019-cu ildən fəaliyyətini DOST Agentliyində davam etdirir.

    Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Avqust 2026