• Bakı 29° C

    6.04 m/s

Mabel Matizə qarşı araşdırma başladıldı

ŞOU

13 Avqust 2026 | 14:23

Mabel Matizə qarşı araşdırma başladıldı

Türkiyədə Mabel Matiz kimi tanınan müğənni Fatih Karacanın "Ha Leylim" mahnısı və klipi ilə bağlı rəsmi araşdırma başladılıb.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, klipin sözləri və vizual məzmunu Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan "ədəbsizlik" cinayəti baxımından araşdırılır.

Prokurorluq faktların müəyyənləşdirilməsi və lazımi istintaq prosedurlarının həyata keçirilməsi üçün araşdırmaya başladığını açıqlayıb.

Qeyd edək ki, Mabel Matiz daha əvvəl "Perperişan" mahnısı ilə bağlı da oxşar ittihamla məhkəməyə verilib. Həmin iş üzrə məhkəmə cinayətin hüquqi elementlərinin formalaşmadığı qənaətinə gələrək müğənniyə bəraət verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026