• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib

CƏMİYYƏT

14 Sentyabr 2026 | 18:58 | Müəllif: Subhan Mahmudov

Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

İclasda Prezident İlham Əliyevin "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Sərəncamından irəli gələn məsələlərin icrası, tikinti-quraşdırma işlərinin müəyyən edilmiş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılması, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İclas zamanı layihə üzrə görülən işlərin hazırkı vəziyyəti, tikinti-quraşdırma işlərinin gedişi, qarşıya çıxan çətinliklər və onların həlli istiqamətində görülən tədbirlər müzakirə olunub. İşçi qrupunun rəhbəri Rafiq Aslanov mövcud vəziyyətlə bağlı fikir və təkliflərini səsləndirib, aidiyyəti qurumların nümayəndələrinin təkliflərini dinləyib.

Müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınaraq işlərin təsdiq edilmiş qrafikə uyğun davam etdirilməsi, mövcud problemlərin operativ həlli, layihədə olan çatışmazlıqların aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.


Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilibŞirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilibŞirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilibŞirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilibŞirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026