• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şabranda qəbiristanlıqda vandalizm: Şeyxin qəbri açıldı - VİDEO

CƏMİYYƏT

15 Sentyabr 2026 | 01:51 | Müəllif: Qalib İbrahimoğlu

Şabranda qəbiristanlıqda vandalizm: Şeyxin qəbri açıldı - VİDEO

Şabranın Leyti kəndindəki qədim qəbiristanlıq vandalizmə məriz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, kənd sakinləri bildirirlər ki, məzarların birinin üstü naməlum şəxslər tərəfindən açılıb.

Ehtimala görə, açılan qəbir VII əsrdə bölgənin tanınan din xadimi Şeyx Şəmsəddinin uyuduğu məzardır. Yerli sakinlər tərəfindən ziyarətgah kimi qorunan bu məzarın üstünün açıldığını ərazidən keçən kənd sakinləri görüblər. İnsanların müqəddəs yer hesab etdikləri qəbirstanlıqda bunu kim, niyə edib? Kənd sakinləri hesab edirlər ki, ya kimsə onların inanclarına hörmətsizlik məqsədilə bu əməli törədiblər. Yaxud da qəbri qazanlar elə düşünüblər ki, burada hansısa qiymətli əşya da basdırıla bilər.

Maraqlısı budur ki, hadisədən bir neçə gün sonra Leyti kəndinin sakinləri yaxınlıqdakı digər qəbiristanlıqda da oxşar mənzərə ilə qarşılaşıblar. Ordakı qəbirlərdən də biri sökülüb və burada da qazıntı aparılıb. Sonradan qazılmış hissənin üzəri torpaqla qismən örtülüb.

Hadisə nəzarətə götürülüb. Fakt üzrə araşdırma aparılır. Qəbirlərin hansı məqsədlə açıldığı və qazıntını kimin həyata keçirdiyi araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026