• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Qumda oynayan uşağı gözləyən TƏHLÜKƏ: Xüsusilə qız uşaqlarına DİQQƏT!

CƏMİYYƏT

12 Avqust 2026 | 15:17

Qumda oynayan uşağı gözləyən TƏHLÜKƏ: Xüsusilə qız uşaqlarına DİQQƏT!

“Qumla oynamaq uşaqlar üçün faydalıdır, lakin ərazinin təmizliyinə və uşağın gigiyenasına xüsusi diqqət yetirilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Pediatr bildirib ki, qumla oynamaq uşaqlarda xırda motorikanın inkişafına müsbət təsir göstərir. Lakin valideynlər uşağın oynayacağı ərazini əvvəlcədən yoxlamalıdırlar:

“Ərazidə siqaret, şüşə və qida qalıqları, həmçinin heyvanların bioloji ifrazatları olmamalıdır. Uşaq dənizdən və ya hovuzdan çıxdıqdan sonra yaş paltarı dəyişdirilməlidir. Xüsusilə qız uşaqlarının yaş halda qumun üzərində oturmasına yol verilməməlidir”.

R.Nemətova uşaqların qumla oynayarkən çirkli əllərini ağızlarına, gözlərinə və qulaqlarına aparmamasına diqqət etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, oyun başa çatdıqdan sonra uşağın əlləri təmiz su ilə yuyulmalıdır.

“Uşağın əllərini dəniz suyu ilə deyil, təmiz su ilə yumaq lazımdır. Bundan sonra gigiyenik qaydalara uyğun olaraq əllərin təmizliyinə diqqət yetirilməlidir”, - deyə pediatr qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR