• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Pediatr: 3 yaşdan sonra uşaqlarda gündüz yuxusu məcburi olmaya bilər

CƏMİYYƏT

12 Avqust 2026 | 15:24

Pediatr: 3 yaşdan sonra uşaqlarda gündüz yuxusu məcburi olmaya bilər

“Uşaq gündüz yatmaq istəmirsə, ən azı bir saat sakit şəkildə uzanması və dincəlməsi faydalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Pediatr bildirib ki, kiçik yaşlı uşaqlar üçün gündüz yuxusu vacibdir, 3 yaşdan sonra isə uşağın fərdi ehtiyacından asılı olaraq gündüz yuxusuna ehtiyac azala bilər.

Onun sözlərinə görə, uşaq gündüz yatmaqdan imtina etsə də, axşam saat 17:00-18:00 radələrində yorğun, narahat və ağlağan olursa, bu, onun hələ gündüz yuxusuna ehtiyacı olduğunu göstərə bilər.

Nemətova bildirib ki, əgər uşaq 4, 5 və ya 6 yaşındadırsa, gündüz yatmırsa və axşam saat 21:00-22:00-da rahat şəkildə yuxuya gedirsə, gün ərzində yorğun və əsəbi olmursa, gündüz yuxusuna məcbur etmək lazım deyil.

Pediatr əlavə edib ki, uşaq yatmaq istəməsə belə, gün ərzində ən azı bir saat sakit şəkildə uzanaraq dincəlməsi məqsədəuyğundur.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR