Rusiyanın Samara vilayətində yüngül mühərrikli nəqliyyat təyyarəsi qəzaya uğrayıb, bir nəfər xəsarət alıb.
Bakıvaxtı.az-ın Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən məlumatına görə, hadisə avqustun 12-si səhər saatlarında Koşkinsk rayonunun Novaya Jizn yaşayış məntəqəsi yaxınlığında baş verib.
Qəzada xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Başqa xəsarət alan və ya ölən olmayıb.
Qəzanın səbəbi və başvermə şəraiti araşdırılır.
Bakı 



