• Bakı 28° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Rus dilində oxumaq üçün 8,5 milyon istəyir

ŞOU

12 Avqust 2026 | 16:03

Rus dilində oxumaq üçün 8,5 milyon istəyir

Ukraynalı müğənni Vera Brejnevanın rusdilli auditoriyaya münasibətini dəyişdiyi iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi artıq sifarişçiləri vətəndaşlığına görə seçmir. Onun komandası danışıqları rus dilində aparır, konsertlərdə isə rusiyalı müştərilər üçün rusdilli hitlər səsləndirilir.

Bildirilib ki, təxminən yarım il əvvəl vəziyyət fərqli olub. Brejneva rusiyalı müştərilərin təkliflərindən imtina edir, yalnız ukraynadilli çıxışlara razılaşır və yeni imicini Ukrayna gündəmi üzərində qururdu.

Məlumata əsasən, müğənninin əsas hədəfi Qazaxıstanda keçirilən korporativ tədbirlərdir. Brejnevanın bu ölkəyə Ukraynadan Kişinyov, daha sonra isə İstanbul üzərindən Almatıya getdiyi iddia edilib.

Sənətçinin qonorarının 5,8 milyon rubl olduğu bildirilib. Bundan əlavə, sifarişçilər təxminən 2,8 milyon rubl məbləğində rider xərclərini də qarşılamalıdır.

Bu xərclərə Brejneva və direktorunun biznes-klass biletləri, hava limanlarında VIP xidmət, Mercedes S-Class avtomobili, “Swissotel”də lüks nömrə, gündəlik ödənişlər və xüsusi qrim otağı daxildir. Riderdə qırmızı balıq, avokado, qoz-fındıq, meyvə və digər məhsulların da yer aldığı qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR