• Bakı 30° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

DÜNYA

12 Avqust 2026 | 10:36

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Rusiyanın Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücumları nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

O.Sinequbovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin doqquz yaşayış məntəqəsinə raketlər, reaktiv yaylım atəşi sistemləri və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumlar nəticəsində 13 nəfər, o cümlədən 15 yaşlı yeniyetmə xəsarət alıb.

A.Prokudin bildirib ki, Rusiyanın zərbə PUA-larının gecə saatlarında Xersona hücumu nəticəsində iki dinc sakin həlak olub, daha iki nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026