Lənkəran rayonunun Separadi kəndi ərazisində açıq sahədə baş verən yanğın söndürülüb.
Bu məlumat Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Yanğın baş verən əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülüb, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilir.
Bakı 



