• Bakı 29° C

    7.07 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

XİN-dən Azərbaycan gənclərinə ÇAĞIRIŞ

SİYASƏT

12 Avqust 2026 | 09:34

XİN-dən Azərbaycan gənclərinə ÇAĞIRIŞ

Xarici İşlər Nazirliyi (XİN) yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərin bundan sonrakı dövrlərdə də dövlətin və xalqın rifahına, eləcə də ölkənin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə gənclərimizi səmimi qəlbdən təbrik edirik. Milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin davamlı inkişafı və müasir dövrün çağırışlarına cavab verən güclü Azərbaycan naminə nümayiş etdirdiyiniz fəallıq, təşəbbüskarlıq və əzmkarlıq böyük qürur hissi doğurur. Əminik ki, yüksək bilik və bacarığa, innovativ düşüncəyə və vətənə bağlılığa malik gənclərimiz bundan sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın rifahına, eləcə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəklər", - paylaşımda qeyd olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026