• Bakı 28° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Yayda uşağın iştahı kəsilirsə, NƏ ETMƏLİ?

CƏMİYYƏT

12 Avqust 2026 | 15:23

Yayda uşağın iştahı kəsilirsə, NƏ ETMƏLİ?

“Yay aylarında uşağın iştahı azalırsa, ilk növbədə ətraf mühitin temperaturunu normaya salmaq və kifayət qədər təmiz su vermək lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Pediatr bildirib ki, yüksək temperatur mədə-bağırsaq traktında şirələrin ifrazına təsir göstərərək uşağın iştahının azalmasına səbəb ola bilər. Onun sözlərinə görə, otaqda temperaturun 22-24 dərəcədən yüksək olmamasına çalışmaq lazımdır.

R.Nemətova yay aylarında uşaqların maye qəbuluna xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. O, susuzluğun qarşısını almaq üçün paket meyvə şirələrindən və şəkərli içkilərdən istifadənin düzgün olmadığını qeyd edib:

“Belə içkilərin tərkibində qlükoza və fruktoza çox olur. Buna görə uşaqlara əsasən təmiz su verməyə çalışmaq lazımdır”.

Pediatr onu da qeyd edib ki, yay aylarında fiziki aktivliyin artması səbəbindən uşaqların maye ehtiyacı da arta bilər. Bununla yanaşı, uşağın qida rasionu balanslı saxlanılmalı, karbohidrat, zülal və yağların qəbulu mövsümdən asılı olmayaraq təmin edilməlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR